Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa yoluxmayan şəxslərə pul mükafatı verilsin – TƏKLİF

Azərbaycanda koronavirusa yoluxmayan şəxslərə pul mükafatı verilsin – TƏKLİF

“Sərt karantin tədbirlərindənsə və insanları cərimələyib cinayət işi açmaqdansa, özünü qoruyub pandemiyanın sonuna qədər yoluxmayan şəxslərə çox yox, 1000 AZN mükafat veriləcəyi elan edilsəydi, yoluxma dəfələrlə az olardı, insanlarımız daha sağlam qalardı, ölümlər daha az olardı. Bu, çox müsbət motivasiya olardı, məncə! Pullar xəstələrə, dərmanlara, məmurlara yox, özünü qoruyan sağlam insanlara gedərdi”.

Bunu həkim Aydın Əliyev deyib.

“Bir COVİD-19 xəstəsinin stasionar müalicəsinin xərci təqribən 10 000 AZN-ə, reanimasiyada yatan ağır xəstələrdə isə bu rəqəm bəzən 30 000 AZN-ə çatır. Bütün bu xərcləri dövlət qarşılayır, sağolsun. Üstəgəl sərt karantin xərcləri, iqtisadiyyatın zəifləməsi, təhsilin zəifləməsi, bəzi məmurların situasiyadan istifadə edərək büdcədən çoxlu pullar oğurlaması, hamısı bir yerdə milyardlarla vəsait edir!” – A.Əliyev bildirib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …