Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa görə imtanahlar təxirə salındı

Azərbaycanda koronavirusa görə imtanahlar təxirə salındı

Məlum olduğu kimi, 9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdu.

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.

Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

Həmçinin oxuyun

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür.  Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı …