Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Azərbaycanda karantinlə bağlı xoş xəbər: Gələn aydan etibarən…

Azərbaycanda karantinlə bağlı xoş xəbər: Gələn aydan etibarən…

May ayının 1-dən etibarən maska qadağası ləğv edilə, quru sərhədlər isə açıla bilər. Millət vəkili Fazil Mustafa deyib ki, hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.
”May ayının 1-dən etibarən maska qadağası ləğv edilməli, quru sərhədlər isə açılmalıdır”. Bunu millət vəkili Fazil Mustafa ”Xəzər Xəbər”ə müsahibəsi zamanıd eyib. O bildirib ki, bu qadağaların ləğvi üçün zəmin yaranıb.

Millət vəkili qeyd edib ki, bütün hallarda pandemiyaya nəzarət diqqətdə saxlanılmalıdır. Yoluxmanı artıracaq amillərin qarşısı anında alınmalıdır. O bildirib ki, hazırda hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.

Qeyd edək ki, Baş Nazirin qərarı ilə sonuncu dəfə xüsusi karantin rejmi may ayının 1-ə qədər uzadılıb. Bu müddətin növbəti dəfə uzadılıb-uzadılmamasına isə yaxın günlərdə aydınlıq gələcək.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …