Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Azərbaycanda insan hüquq və azadlıqları təmin edilib” – Fuad Ələsgərov

“Azərbaycanda insan hüquq və azadlıqları təmin edilib” – Fuad Ələsgərov

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanlarının III görüşü keçirilir.

Görüşdə Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İACA dekanı və icraçı katibi Martin Kreutner, o cümlədən Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavinindən ibarət nümayəndə heyəti, digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Baş prokuror Zakir Qaralov çıxışında bildirib ki, Azərbaycan təmsil olunduğu hər bir təşkilatda İslam dünyasının maraqlarını müdafiə edir.

Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ölkə başçısı İlham Əliyevin müraciətini oxuyub:

“Azərbayan dünyada tolerant mühitinin inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir. Bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə mühüm töhfəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu görüşünün Bakıda keçirilməsi həmçinin mühüm hadisədir. Azərbaycan bu il dayanıqlı inkişafa nail olan müasir ölkədir. Bu tədbirin ölkəmizdə keçirilməsi böyük hadisədir. Azərbaycan bu təşkilatın fəal üzvlərindən olmaqla yanaşı iki zirvə toplantısına ev sahibliyi edib. Bu gün Azərbaycan dayanıqlı inkişafa malik müasir dövlətdir. Biz iqtisadi və sosial sahədə böyük nailiyyətlər əldə etmiş dövlətik.

Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, insan hüquq və azadlıqları təmin edilib. Dövlət xidmətlərində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üçün beynəlxalq təcrübədə ən yaxşı model kimi təqdim edilir. İƏT çərçivəsində baş tutan bu tədbir əməkdaşlığımızın inkişafına xidmət edəcək”.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Ələvi Səbzivari bildirib ki, antikorrupsiya təşkilatın gündəmində xüsusi yer tutur: “Tacikistanda keçirilən görüşdə regional Antikorrupsiya Mərkəzinin yaradılması zəruri sayılmışdı. Şadam ki, bu istiqamətdə üzv dövlətlər arasında müsbət tendensiyalar var. Bu tədbir göstərir ki, korrupsiyaya qarşı mübarizədə üzv dövlətlər arasında çox gözəl əməkdaşlıq mövcuddur. Bu, dünya üçün də bir mesajdır. İƏT-in katibliyi bütün üzv dövlətlər üçün açıqdır. Tədbiri gözəl şəkildə təşkil etdiyinə görə Azərbaycan Respublikası rəhbərliyinə təşəkkür edirəm”.

Azinforum.az

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın