Ana səhifə / Sosial / Azərbaycanda içki aludəçiləri və onun qurbanına çevrilənlər

Azərbaycanda içki aludəçiləri və onun qurbanına çevrilənlər

Dünyada hər il təxminən 2,3 milyon nəfər alkoqollu içkilərin qəbulu nəticəsində dünyasını dəyişir. Bu isə dünyada baş verən bütün ölüm hallarının 3,8%-ni təşkil edir. Alkoqollu içkilərin istehlakı ən çox adambaşına düşən gəlirlərin səviyyəsinin daha yüksək olduğu ölkələrdə qeydə alınır. Modern.az son günlər Azərbaycanda da spirtli içkidən, xüsusilə viskidən dünyasını dəyişənlərin olduğunu nəzərə alaraq, Azərbaycandakı alkoqoliklərin sayını araşdırıb. Rəsmi məlumatlara görə viskidən ölənlərin sayı 5 nəfərdir.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən məlum olur ki, 2011-ci ildə 19 765 nəfər, 2012-ci ildə 21 103 nəfər, 2013-cü ildə 21 584 nəfər, 2014-cü ildə 22 278 nəfər, 2015-ci ildə isə 21 777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21 909-a, 2017-ci ildə 21 364-ə yüksəlib. Ötən il isə rəsmi qeydiyyata alınan alkoqoliklərin sayı yenidən azalaraq 20 401olub.

Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov Modern.az-ın sorğusunu cavab olaraq bildirib ki, 20 401 nəfər alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə xəstələnərək, müalicə-profilaktika müəssiələrində qeydiyyata götürülüblər:

“İlk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı 508-dir. Onlardan 503 nəfəri kişilər, 5 nəfəri qadınlardır. Ümumilikdə xəstələrin 19 655 nəfərini kişilər, 746 nəfərini qadınlar təşkil edir”.

Şöbə müdiri deyib ki, bu diaqnozla qeydiyyata alınanlardan 14-17 yaş aralığında olanlar 1 nəfər, 18-29 yaş aralığında olanlar 1322 nəfər, 30-39 yaş aralığında olanlar 3479 nəfər, 40 və yuxarı yaşda olanlar  15 599 nəfərdir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 15-17 yaşlı 1, 18-24 yaşlı 351, 25-29 yaşlı 971, 30-34 yaşlı 1587, 35-39 yaşlı 1892, 40-44 yaşlı 2740, 45-49 yaşlı 3261, 50-54 yaşlı 3308, 55-59 yaşlı 3229, 55-59 yaşlı 3229, 65 yaşdan yuxarı 928   alkoqolik qeydiyyatda olub.
Həmçinin, spirtli içki asılılığı olanlardan 1556 nəfəri qeydiyyatdan çıxarılıb.

DSK rəsmisi həmçinin bildirib ki, 2019-cu il üzrə yekun məlumatlar 2020-ci ilin mayında hazır olacaq.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …