Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir

Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir

Azərbaycanda şirkətlərə “halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Bu barədə Foodinfo.az-ın sorğusuna cavab olaraq Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.

“Hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır. Sahibkarlar “halal” sertifikatı hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən veriləcək”, – deyə, Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.z-a bildirilib.

Qeyd edək ki, hazırda şikətlərə “halal” sertifikatını “AzeSert Halal” sertifikatlaşdırma orqanı verir.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Agentliyin sədri Qoşqar Təhməzlidir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …