Ana səhifə / Sosial / Azərbaycanda evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb

Azərbaycanda evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb

“Diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri də 2 dəfə artırılıb”.

Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib. O qeyd edib ki, çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda, artımdan sonra 85 qəpik olub.

“1. Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə qiymət aşağıdakı kimidir:

– sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)

– sahəsi 100 m2-dən 500 m2-dək  maksimum  980 AZN (əvvəl 490 AZN).

2. Mənzillər üzrə:

– sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda 20 AZN (əvvəl 12 AZN)

– sahəsi 50 m2 -dən çox olduqda,hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik).

3. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):

– pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN

– kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN  

Qeyd edim ki, əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib.

4. Həyətyanı və bağ sahələri üzrə:

– sahəsi 0,12 ha-dək olduqda 20 AZN (əvvəl 12 AZN)

– sahəsi 0,12 ha-dan çox olduqda hər əlavə 0,01 ha üçün  1,7 AZN (əvvəl 1 AZN)

Yəni orta hesabla bütün qiymətlər 2 dəfə artıb”-deyə ekspert əlavə edib.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …