Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı – VİDEO

Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı – VİDEO

Ailə-məişət zorakılığı dedikdə əsasən ağıla qadınların həyat yoldaşları tərəfındən fiziki şiddətə məruz qalmaları gəlir. Halbuki bəzən əksinə də olur. Yəni kişi də ailədə öz xanımı tərəfindən zorakılığa məruz qalır və hətta bununla bağlı müvafiq dövlət orqanlarına müraciət edənlərin də sayı az deyil.

Son 9 ayda 81 kişi zorakılığa məruz qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyir ki, Dövlət Komitəsinin 860 qaynar xəttinə ümumilikdə 369 müraciət daxil olub. Onların arasında kişilər də var.

Adətən ailədaxili münaqişələrdə güclü cinsin nümayəndəsi tərəfindən zərif cinsin nümayəndələri zorakılığa məruz qalır və qadının müraciət edəcəyi təqdirdə kişilər cəzalandırılır. Eyni hal ərini döyən qadınları da gözləyir. Yəni kişi müvafiq dövlət orqanlarına döyülməsilə bağlı müraciət etdiyi təqdirdə bu, sübut olunarsa zorakılığı həyata keçirmiş qadın da məsuliyyətə cəlb oluna bilər.

Cəmiyyətin isə kişilərə qarşı zorakılıq hallarına təbii ki, münasibəti birmənalı deyil.

Qeyd edək ki, məişət zorakılığı təkcə fiziki şiddəti ehtiva etmir, həm də ailə daxilində mənəvi şiddət də məişət zorakılığı hesab edilir.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …