Ana səhifə / Sosial / Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 903, bu günə qədər isə ümumilikdə 6 826 926 test icra olunub.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …