Ana səhifə / Sosial / Azərbaycanda dərmanların keyfiyyətinə necə nəzarət olunur?

Azərbaycanda dərmanların keyfiyyətinə necə nəzarət olunur?

Dərman vasitəsi ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mərkəzin mütəxəssisləri tərəfindən təqdim edilmiş nümunələrin qablaşması, içlik vərəqəsi yoxlanılır, yoxlanıldıqdan sonra nümunələr AEM-də yaradılan Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasına təhvil verilir.

“Laboratoriyada təqdim edilən dərman vasitələri nümunələrinin tərkibi və digər keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərə əsasən yoxlanılır. Ölkədə istehsal olunan dərman vasitələrinin hər seriyasının nümunəsi də dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə sertifikat verilir. Farmakonəzarət sistemi – dərman vasitələrinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin və digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması sahəsində görülən tədbirlərin məcmusunu müəyyənləşdirir”, – deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …