Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalır

Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalır

Azərbaycanda çoxuşaqlı ailələrin sayının azalma tempi müşahidə olunur. 

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. Komitə sədri bildirib ki, buna görə əhalinin artım tempində tədricən azalma müşahidə edilir:”Bu gün bu məsələ Azərbaycan üçün aktual deyil. Məsələn, Rusiyada əhalinin sayı azalır. Ona görə də uşaqların dünyaya gəlməsi üçün stimullaşdırıcı tədbirlər görülür. Azərbaycanda doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksəkdir. Bu da Azərbaycanda əhalinin artımını təmin edir”. 

T.Budaqov qeyd edib ki, Azərbaycanda əhalinin strukturu optimaldır və bu gün dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Onun sözlərinə görə, əhali arasında həm gənclərin sayı çoxdur, həm də ömür uzunluğu artır. Azvision.az 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …