Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanda bu müəllimlərin vəzifə maaşı iki dəfə artırılıb

Azərbaycanda bu müəllimlərin vəzifə maaşı iki dəfə artırılıb

“2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyində keçirilən müşavirədə Nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov deyib.
Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran E.Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib: “Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …