Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir

Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir

Azərbaycanda bağçalara qəbul 1 yaşdan aparılacaq.
Bununla bağlı “Təhsil haqqında” qanunun  18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək.
Hazırki qanunvericilikdə isə hələ ki belə qeyd edilib: Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 yaşdan başlayır.
Bundan əlavə, qanuna  aşağıdakı məzmunda 18.7-ci maddə əlavə olunacaq:
18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
“Təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirə ediləcək. (Modern.az)

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …