Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda aviabiletlər və tur paketlər ucuzlaşa bilər – VİDEO

Azərbaycanda aviabiletlər və tur paketlər ucuzlaşa bilər – VİDEO

Birdən-birə minlərlə ucuz aviabiletin satışa çıxarılması adi qaydada satılan bilet qiymətlərinə də təsirsiz ötüşməyəcək. Bu kampaniya xüsusilə yay aylarında biletlərin bahalaşmasının qarşısını ala və turpaketlərin ucuzlaşmasına səbəb ola bilər.

Bunu turizm üzrə ekspert Rəhman Quliyev Xəzər Tv-yə deyib.

O hesab edir ki, bu cür kampaniyalar mütəmadi olmalıdır. Ekspert düşünür ki, bu təşəbbüs həm yay aylarında sıxlığa təsir edə, həm də qiymətlərin bahalaşmasının qarşısını ala bilər.

Xüsusilə xarici ölkələrə təşkil edilən turların qiymətlərinin nisbətən enəcəyi gözlənilir. Ekspert deyib ki, əksər hallarda turların baha olmasının səbəbi aviabiletlərin mövsümi vaxtlarda kəskin bahalaşması olur.

Qeyd edək ki, ”Buta” hava yolları 10 min aviabileti endirimli qiymətlərlə satışa çıxarıb. Ən ucuz aviabilet 29 avrodan başlayır. Məhdud sayda olsa da, hələlik aviabiletlərdən qalan var.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …