Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Azərbaycanda 93 koronavirus xəstəsi reanimasiyadadır

Azərbaycanda 93 koronavirus xəstəsi reanimasiyadadır

Azərbaycanda koronavirusla bağlı 1 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4285 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 302 min 933-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 93, süni tənəffüs cihazında olan xəstə sayı 19-dur.

Azərbaycanda bu günədək 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …