Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Azərbaycanda 5 saatlıq yol 2 saatlıq oldu – Foto

Azərbaycanda 5 saatlıq yol 2 saatlıq oldu – Foto

Yeni açılan Ələt-Astara yolu bayramda cənub bölgəsinə gedənlər üçün ikiqat bayram olub.

Axar.az-ın verdiyi xəbərə görə, Novruzda bu bölgəyə üz tutanlar, yaxınlarını ziyarət edənlər əvvəllər 4-5 saata getdiyi yolu bu dəfə cəmi 2 saata qət ediblər. Bakıdan Lənkərana yol 40 kilometr qısalaraq 231 km olub, sürət həddi isə minimum 120 qoyulub. Sürücülər yolun rahatlığından razılıqlarını bildiriblər. Onlar tezliklə təzə yolda yanacaqdoldurma məntəqəsi, maşın təmiri sexləri və kafelər açılmasını gözləyirlər.

Qeyd edək ki, Azərbaycanın ilk ödənişli yolu olacaq Ələt-Astara yolunda quraşdırılacaq turniketlərin sifarişi üçün müqavilə imzalanıb. Bu ilin sonuna qədər proses yekunlaşacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilmişdi ki, vətəndaşlar üçün istirahət yerləri hazırlanır, yanacaqdoldurma və təmir məntəqələri nəzərdə tutulub, iş gedir.

  •  

1 / 2StartStop

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …