Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda 5 baldan çox zəlzələ oldu – Yenilənib

Azərbaycanda 5 baldan çox zəlzələ oldu – Yenilənib

Azərbaycanda zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bir neçə dəqiqə əvvəl cənub bölgəsində zəlzələ baş verib.

***

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində (Lənkəran stansiyasından 13 km qərbdə) zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Sosial şəbəkələrdə Masallı, Lənkəran və Yardımlıda da zəlzələnin hiss olduğu qeyd olunub.

***

Yerli vaxtla 17:01:49-da Lerik ərazisində növbəti zəlzələ baş verib. Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …