Ana səhifə / Sosial / Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu – VİDEO

Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu – VİDEO

Bir aylıq uşağın bədənində səpkilər, yaralar əmələ gəlib. Körpənin dərisinə  infeksiya düşüb. “40-ı çıxsın çimizdirərik” deyimini əsas götürən  körpənin valideynləri  həkimə  biraz da gec müraciət etsəydilər daha ciddi fəsadlar ola bilərdi. Hadisə Bakıda baş verib. Həkimlər belə hallarla bağlı yeni övladı olmuş valideynlərə ciddi xəbərdarlıq edir.

“40-ı çıxsın çimizdirərik” deyib körpəni bu hala saldılar.

Həkim-pediatr Günay Rəsulova deyir ki, yeni doğulan bu körpə valideynləri tərəfindən bir aydır çimdirilmədiyindən onun bədənində bu cür müxtəlif səpkilər əmələ gəlib. Sözügedən körpənin dərisi infeksiyalaşıb. Həkimin vaxtında müdaxiləsi olmasaydı uşağın vəziyyəti daha da pisləşə bilərdi.

Pediatr bildirir ki, insanların körpəni 40 günlük olana qədər çimizdirməməsi düşüncəsi kökündən yanlışdır. Elə insanların əksəriyyəti də həkimlə həmfikirdir.

Pediatr Günay Rəsulova bildirib ki, göbəyi düşəndən sonra körpə dərisinə tez-tez edilən vannalar dəriyə qulluqda çox faydalıdır. Körpə dərisi qurumağa, qabıqlamağa meyilli olduğu üçün ddaimi nəmləndirmə, xüsusilə də çiməndən sonra nəmləndirici krem istifadəsi çox vacibdir.

Yeni doğulmuşların normal inkişafı üçün vaxtlı-vaxtında çimdirmək, gigiyena qaydalarına əməl etmək mühüm əhəmiyyət kəsb edir deyə – pediatr əlavə edib.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …