Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanda 18 yaşına çatmamış neçə narkoman var? – Açıqlama

Azərbaycanda 18 yaşına çatmamış neçə narkoman var? – Açıqlama

Azərbaycanda narkomanlar arasında qadınların çoxu inyeksiyon narkotik istifadəçiləridir.
Bu məlumatı Movqe.az-a Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva verib.
L. Yolçiyeva bildirib ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin göndərdiyi müraciət əsasında verilən məlumalara əsasən 2017-ci ilin ölkədə yeni qeydiyyata alınmış narkomanların sayı 2115 nəfər təşkil edib. Beləliklə narkotik maddə istifadəçilərinin ümumi sayı 30131 nəfərə çatıb: “Onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031-i anonim qeydiyyatda olanlardır. İstifadəçilərin yaş həddinə nəzər salsaq 5 nəfər 18 yaşına qədər şəxslərdir. Qadınların sayı isə 595 nəfər təşkil edir. Qadınlardan 470 nəfəri inyeksion narkotik istifadəçiləridir. Ümumilikdə inyeksiyon narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir”.
2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-cı ildə 592-si, 2016-cı ildə isə 612-si qadın olub.
2016-cı ildə isə yeni qeydiyyata alınan 2142 narkomanın 29-u qadın olub. 2015-ci ildə yeni qeydiyyata görürülən narkomanların sayı 2017 nəfər təşkil edib.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …