Ana səhifə / Sosial / Azərbaycanda 18 min manat pensiya alan var

Azərbaycanda 18 min manat pensiya alan var

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli şəxsi “Facebook” hesabında pensiya sistemi ilə bağlı statistik məlumatlar paylaşıb.

Nazirlik rəsmisi pensiyanın 3 halda təyin olunduğunu bildirib:

1. Şəxs pensiya yaşına çatdıqda -yaşa görə pensiya
2. Şəxs əmək qabiliyyətini itirdikdə – əlilliyə görə pensiya
3. Şəxs vəfat etdikdə – Ailə başçısını itirməyə görə pensiya

O, ümumi pensiyaçıların sayının 1,280,000 milyon nəfər olduğunu deyib. Bu isə ölkə əhalisinin 13%-ini təşkil edir:

1. Yaşa görə pensiyaçılar – 750,000 (pensiyaçıların 60%-i)
2. Əlilliyi görə pensiyaçılar – 380,000 (pensiyaçıların 30%-i)
3. ABİ-yə görə pensiyaçılar – 150,000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği – 200 manat
2. Orta pensiya məbləği – 300 manat
3. Maksimum pensya məbləği – 18,208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə – 5.7% artım
2. 2018-ci il üzrə – 3% artım
3. 2019-cu il üzrə – 16.6% artım

Mustafa Abbasbəylinin sözlərinə görə, pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18,208 manat pensiya alan şəxs var. Azvision.az

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …