Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda 18 məhkumda koronavirus aşkarlandı

Azərbaycanda 18 məhkumda koronavirus aşkarlandı

Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb.
Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb.
Həmin şəxslər də dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.
Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış iki nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib. Hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur.
Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …