Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda ən çox qəza törədənlər kimlərdir? – VİDEO

Azərbaycanda ən çox qəza törədənlər kimlərdir? – VİDEO

Bəzən  avtomobili yeni -yeni idarəetməyə başlayanların daha çox qəza riski yaratdığı ehtimal edilir. Lakin çox illik   statistik rəqəmlər bunun əksini iddia edir. Məlumata əsasən  baş verən ağır qəzalar 10 ildən artıq sürücülük təcrübəsi olanların iştirakı ilə törədilib. Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə xəbərdarlıq edib. Qeyd edilib ki, təcrübəsi çox olan sürücülərdə arxayınlıq yaranır ki, bu da yollarda ağır qəzalara səbəb olur.

Qəza törədənlərin sürücülük təcrübəsinə görə bölgüsü açıqlanıb. Məlum olub ki, yol nəqliyyat hadisələrinin müəyyən hissəsi təcrübəsi daha çox olan sürücülərin iştirakı ilə baş verib.

10 ildən çox avtomobil idarə edənlər də bir neçə dəfə qəza törətdiklərini etiraf edirlər.

Məsələ ilə bağlı Baş dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Qeyd edilib ki, avtomobili 10 ildən artıq idarə edənlərdə yaranan arxayınlıq, özünə güvənmə məsuliyyət hissini azaldır ki, bu da yol hərəkətində intizamsızlığa və qəzaların baş verməsinə gətirib çıxarır. ”Əgər sürücü yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxırsa, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən pozursa, ara məsafəsi saxlamırsa, bu o demək deyil ki, həmin şəxs törətdiyi əməllərin qanuna zidd olduğundan xəbərdar deyil, sadəcə məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirir” – deyə xəbərdarlıqda bildirilib.

Sürücülərə tövsiyə edilib ki, təcrübəsindən asılı olmayaraq hər kəs sükan arxasında olmağın məsuliyyətini hiss etməli, hərəkət zamanı maksimum ehtiyyatlı olmalıdır. Əks halda ölümlə nəticələnən qəzalarda artacaq.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …