Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanda əlillik üzrə yeni meyarlar hazırlandı

Azərbaycanda əlillik üzrə yeni meyarlar hazırlandı

Dünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında ölkəmizdə əlillik üzrə yeni meyarlar hazırlanıb. Həmin meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrupu əvəzinə əmək və özünüməşğulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əmək adaptasiya imkanları nəzərə alınıb.
Əvvəllər hər kəsə xəstəliyin ağırlığı və onun nə dərəcədə məhdudiyyətlər yaratmasından asılı olmayaraq eyni yanaşma tətbiq edilir və bununla da qruplara təyinat aparılırdı. 
Modern.az xəbər verir ki, yeni hazırlanan sənəddə isə əlilliyin müəyyən edilməsi sırf orqanizmin funksiyalarını itirilməsi dərəcələri, eləcə də özünə qulluq, qidalanma, sərbəst hərəkət etmə kimi fəaliyyətinin əsas istiqamətlərinin məhdudluq dərəcələri əsasında mümkün olacaq. Daha dəqiq desək, məsələn, I qrup əlilliyi olan şəxslər ən ağır dərəcə pozuntuları olanlar sayılırdısa, yeni yanaşma ilə bu, artıq orqanizmin funksiyalarını itirməsinin 80-100 faizi intervalında qiymətləndiriləcək. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayevin verdiyi məlumata görə, yeni hazırlanan sənədlərdən biri də fərdi reabilitasiya və abilitasiya proqramının qaydalarıdır. Onun dediyinə görə, əlilliyi olan şəxs əlillik dərəcəsi qazandıqdan sonra onunla bağlı fərdi reabilitasiya proqramı tərtib olunacaq. Bura onun tibbi, sosial, texniki və peşə-əmək reabilitasiyaları daxildir və bu sahədə onlarla kompleks iş aparılacaq.
Yeni meyarlarda əsas məqsəd əlilliyi olan şəxsləri cəmiyyətə yenidən inteqrasiyası və onların əmək fəaliyyətinin bərpa edilməsidir. Sənədlər tam qəbul olunduqdan sonra bu sahədə qanunvericilikdə də bir sıra dəyişikliklər nəzərdə tutulub. Bununla yanaşı əlilliyi olan şəxslərə verilən müavinətlərdə də yeni yanaşmalar həyata keçiriləcək. 

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …