Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “Azərbaycan universitetlərində təhsil ödənən haqqa bərabər deyil“

“Azərbaycan universitetlərində təhsil ödənən haqqa bərabər deyil“

Türkiyənin əksər dövlət universitetlərində təhsil haqqı Azərbaycan valyutasına çevirdikdə 300-400 manat təşkil edir. Azərbaycanda ən aşağı təhsil haqqı 1800 manatdan başlayır, 6500 manatda bitir.

Ölkəmizdə təhsilhaqının bu qədər yüksək olması nə ilə bağlıdır? Yəni təhsil haqqı təhsilin keyfiyyəti ilə tənzimlənir? 

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ali təhsil müəssisələrində təhsil xərclərini Təhsil Nazirliyi təsdiq edir.

“Təhsil xərcləri universitetlərin təklifləri əsasında formalaşır. Bakalavr pilləsində minimal təhsilhaqqı 900 manatdan başlayır, ən yüksək təhsil haqqı isə 6500 manat həddindədir. 

Magistr pilləsində bu göstəricilər daha yüksəkdir – 7500-8000 manat. Elə ixtisaslar var ki, onların üçün dövlətin xərci 2000 manatdır, amma təhsil xərci 8000-9000 manat təşkil edir.Yəni tələbə təhsil haqqını ödəyirsə (2000 manat), geri qalan 16.000 manatı dövlət ödəyir. Həm də bu tip ixtisaslar çoxluq təşkil edir.

Türkiyə ilə müqayisə etsək, əlbəttə, oranın təhsili keyfiyyətcə daha üstündür. Üstəlik dövlət universitetlərində təhsil haqqı kifayət qədər aşağıdır. Yəni Azəraycanda təhsil haqqı təhsilin keyfiyyətinə görə tənzimlənmir. Hətta bəzi universitetlərin təhsil-tədris səviyyəsi xarici dövlətlərin kollecləri qədərdir”.

Ekspertin sözlərinə görə, yalnız 6500 manat civarında olan, ADA, BANM, Xəzər Universiteti kimi universitetlərin təhsil haqqları yüksəkdir, amma onların verdiyi təhsil digər universitetlərlə müqayisədə qat-qat keyfiyyətlidir:

“Təkcə universitetin rəhbərliyi yox, müəllim-professor heyətindən də çox şey asılıdır. Xaricdən yüksək ixtisaslı müəllimlər dəvət olunur, onların aylıq əmək haqqları yüksəkdir, deməli, təhsil haqqı da yüksək olmalıdır. 

Dövlət universitetlərində isə vəziyyət tamamilə fərqlidir, “kampus”ları yoxdur, yataqxanalar bərbad vəziyyətdədir, laboratoriyalarında iş aparılmır və s. Əgər tələbələri bununla təmin etmiriksə, bu qədər yüksək təhsilhaqqı tələbi də səhvdir.

Məsələyə real baxsaq, ölkəmizin faktiki təhsili ilə müəyyən olunan təhsilhaqqı sadəcə şişirdilmiş rəqəmlərdir. Yəni süni qiymət artımıdır. Təəssüf ki, verilən təhsil ödənən haqqa bərabər deyil”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …