Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycan Ukraynaya növbəti humanitar yardımı göndərəcək

Azərbaycan Ukraynaya növbəti humanitar yardımı göndərəcək

Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsullarından, dərman və tibbi ləvazimatdan ibarət olan humanitar yardım göndəriləcək.

380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq. Təyyarə saat 09.00-da havaya qalxacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …