Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial /  Azərbaycan Kommunist Partiyasının plenumu olub

 Azərbaycan Kommunist Partiyasının plenumu olub

Azinforum.az Azərbaycan Kommunist Partiyası mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 noyabr 2015-ci il tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib. Plenumda 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında keçirilmiş parlament seçkilərinin nəticələri, AKP-nin XXXVIII(V) qurultayına hazırlığın vəziyyəti və Azərbaycan KP MK-nın 2016-cı il üçün iş planı geniş müzakirə olunub. AKP MK-nın qarşıdan gələn il üçün iş planı əlavə təkliflər də nəzərə alınmaqla yekdilliklə təsdiq edilib.
Plenumda KPİ-Sov. İKP İcrayyə komutəsinin üzvü, AKP MK sədri Rauf Qurbanov geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında KPİ – Sov. İKP Mərkəzi Şurasının üzvülüyünə namizəd, AKP MK sədrinin müavini Fikrət Rəşidov, AKP Suraxanı Rayon Komitəsinin birinci katibi Əhmədağa Cavadov, AKP Xətai Rayon Komitəsinin katibi Firuddin Haşımov, AKP Nizami Rayon Komitəsinin birinci katibi Nizami Abbasov, KPİ- Sov. İKP Siyasi Şurasının üzvü, AKP Gəncə Şəhər Komitəsinin birinci katibi Əlövsət Veysov, AKP MK -nın Muğan zonası üzrə baş koordinatoru, AKP Sabirabad Rayon Komitəsinin birinci katibi Nazim Ağayev, KPİ-Sov. İKP MNTK -nın üzvü, AKP MK MNTK -nın sədri Ələddin Bağırov, AKP Goranboy RK – nın birinci katibi Taleh Əsədov və digər yoldaşlar çıxış ediblər.
Tədbirin sonunda Azərbaycan KP MK sədri Rauf Qurbanov partiya işində fərqlənən yoldaşları faşizm üzərində qələbənin 70 illik münasibəti ilə RFKP MK-nin təsis etdiyi xatirə medalları ilə təltif edib.
Bununla da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu öz işini yekunlaşdırıb.

 

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın