Ana səhifə / Sosial / Azərbaycan İranla sərhəddə səyyar hospitallar yaradır – RƏSMİ

Azərbaycan İranla sərhəddə səyyar hospitallar yaradır – RƏSMİ

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında qərargahından verilən məlumata görə, Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …