Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanın forpostu olmayacaq- Fəzail Ağamalı

Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanın forpostu olmayacaq- Fəzail Ağamalı

“Ancaq Azərbaycan ikinci Ermənistan olmayacaq və Rusiyanın bölgədə Ermənistan kimi forpostu olmayacaq. Bu, birmənalıdır”.
Qarabağ ətrafında baş verən proseslər barədə cəmiyyətdə fərqli fikirlər səsələnməkdədir. Bir qismi bu fəallaşmanın arxasında Rusiyanən məkrli planlarının dayandığı, bir qismi isə həqiqətən də Rusiya obyektiv mövqe tutaraq problemin həllinə yardım edir. Çünki Rusiya bölgədə Azərbaycanın əhəmiyyətini dərk edir və buna görə də öz gələcək çıxarları naminə əməkdaşllığı daha yüksək səviyyədə qurmaq və belə bir müttəfiqi itirməmək üçün Qarabağ münaqişəsinin həllində öz töhfəsini vermək istəyir. Bu məsələlərə aydınlıq gətirmək məqsədi ilə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalıya müraciət etdik. Fəzail Ağamalının məsələ ilə bağlı Gununsesi.info-ya verdiyi müsahibəni sizə təqdim edirik.

-Fəzail bəy ,bir sıra ekspertlər Rusiyanın Qarabağ məsələsində aktivləşməsini bu ölkənin məkrli planları ilə izah edirlər. Siz necə düşünürsünüz?
– Sergey Lavrovun Azərbaycana səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı nikbin notlar səsələndirildi. Bnunla belə, Azərbaycan prezdenti də son dövrlərdə aparılan danışıqlar prosesi ilə bağlı öz müsbət fikrini bildirir. Nəzərə alsaq ki, ölkə başçısı söylədiyi hər fikrə həssas yanaşır və ifadələrini ölçülüb-biçilmiş formada təqdim edir. O baxımdan deyə bilərik ki, indiyə kimi aparılan danışıqlar prosesi qaneedici səviyyədədir. Ancaq bundan sonra danışıqlar prosesinin hansı məcrada inkişaf edəcəyə barədə fikir söyləmək çətindir.Ona görə çətindir ki, vaxtı ilə Heydər Əliyev də münaqişənin həlli ilə bağlı yetərincə səylər göstərdi. Hətta, iki dəfə danışıqlar prosesində razılıq əldə olundu. Amma nəticəsi hamıya bəllidir. Birinci dəfə Ter-Petrosyan prezident olduğu dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində mərhələli həll planaına razılıq verildi. Nəticədə Terp-Petrosyan özü istefaya getməyə məcbur edildi. İkincisi dəfə 1999-cu ildə İstanbul sammiti ərəfəsində razılıq əldə olunsa da, yenə də iflas oldu- Ermənistan parlamentində gülləbaran hadisəsi baş verdi və parlamentin rəhbəri qətlə yetirildi. Bununla da bu planın üstündən xətt çəkildi. İndi vəziyyət necə olacaq, demək çətindir. Görək ermənilər bu dəfə hansı variantdan istifadə edib ortadan çıxmağa çalışacaqlar.
-Bəs, Rusiya Qarabağ məsələsində status-kvonu dəyişməklə Azərbaycanı tamamilə öz təsir dazirəsinə salmaq barədə fikirləri necə dəyərləndirirsiniz? Yəni, Moskva Qarabağ məsələsində Azərbaycana yardım edir, əvəzində isə ölkə üzərində nəzarəti bərpa edir…
-Mənə elə gəlir ki, Rusiya faktoru Qarabağ məsələsindəki maraqları həddindən artıq şişridilir. Təbii ki, Rusiyanın Cənubi Qafqazda, ümumiyyətlə, Qafqaz bölgəsində maraqları var və bu maraqlarını reallaşdırmağa çalışır. Çünki Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edən corafi bir məkandır. Ancaq Rusiyanın konkret olaraq Azərbaycanla bağlı hansı şərtləri var, bax,o barədə informasiyaya malik deyiləm. Görünən ondan ibarətdir ki, RusiyanınAzərbaycanda da öz maraqları var və onu təmin etməyə çalışır. Lakin Azərbaycanın Rusiyanın bitib- tükənməyən bu şərtlərini qəbul edəcək ya yox? Mən birmənalı olaraq hesab edirəm ki, yox. Azərbaycan özünün müstəqilliyini və suverenliyini qoruyub saxlamaqla Rusiya ilə münasibətlərini daha yüksək səviyyədə qura bilər. Proseslər buna da doğru gedir. Ancaq Azərbaycan ikinci Ermənistan olmayacaq. Azərbaycan Rusiyanın bölgədə Ermənistan kimi forpostu olmayacaq. Bu, birmənalıdır.
-Siz hesab edirsiz ki, Rusiya Azərbaycana şərtlərini qəbul etdirə bilməyəcək?
-Xeyr. Çünki Azərbaycan prezidentinin ölkənin müstəqilliyinin qorunub saxlanması və onun inkişaf etdirilməsi ilə bağlı siyasi iradəsi ortadadır. Bu siyasi iradə bundan sonra da davam edəcək. Bir daha təkrar edirəm Azərbaycan Rusiya ilə bərabər hüquqlu münasibətlər çərçivəsində münasibətlərini yüksək səviyyədə qura bilər və bu istisna deyil. Bu cür əməkdaşlıq Azərbaycanın da maraqlarına uyğundur. Azərbaycan müstəqilliyini və suverenliyini qorumaqla Avrasiya İqtisadi Birliyinə və digər qurumlarda təmsil oluna bilər. Mən burada təhlükə görmürəm. Çünki dünyada yetərincə iqtisadi birliklər var. Avrasiya İqtisadi Birliyi də onlardan biridir. Əgər Azərbaycan Rusiyanın şərtlərini qəbul etsəydi, elə 20 il bundan öncə qəbul edərdi və işğal altında olan torpaqlar da indiyədək işğaldan azad olardı. Ermənistandan fərqli olaraq Rusiya bunu Azərbaycana diqtə edə bilməz və qeyri-mümkündür.
Məsələ ilə bağlı kifayətə qədər xarici, rus və erməni eksöertlərinin də fikirlərini oxuyuram. Onların də yazdıqlarında və dediklərində yetərincə ziddiyyətli məqamlar var. Hətta, Kremlə yaxınlığı ilə seçilən ekspertlər tezliklə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunacağı ilə fikirlər səsləndirirlər. Erməni ekspertlər arasında da bu mövqedə olanlar var. Ancaq mən erəni ekspertlərin dediklərini ciddiyə almıram. Çünki ermənilər riyakar bir etnosdur və dediklərinin üstündə sonadək durmurlar. Onların əməli ilə sözləri üst üstə düşmür. Erməni etnosu güclünün qarşısında baş əyib, zəifin başını kəsən etnosdur.O baxəmdan mən ermənilərin danışıqlar mərhələsinin hansısa məqamında cığallıq edərək aradan çıxacaqlarını da istisna etmirəm. Odur ki, proseslərin gedişini izləyək. Mənə elə gəlir ki, danışıqlar yaxın aylarda özünü doğrultmazsa, o zaman Azərbaycan ordusu üzərinə düşən missiyanı yerinə yetirməli olacaq.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın