Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan diasporu Rusiya Dumasının Xocalı soyqırımını tanımasını istəyir

Azərbaycan diasporu Rusiya Dumasının Xocalı soyqırımını tanımasını istəyir

Azərbaycanın Rusiyadakı diasporu Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib.

APA-nın verdiyi xəbərə görə, müraciətin müəllifləri Dövlət Dumasının sədrini Xocalıda törədilən kütləvi qətllərin soyqırımı kimi tanımağa çağırıblar.

“Təəssüf ki, indiyədək Dövlət Duması Xocalı faciəsinin soyqırımı kimi tanınması məsələsini müzakirə etməyib. Bu isə Rusiya azərbaycanlıları arasında və Azərbaycanda ciddi narazılığa səbəb olur”, – deyə müraciətdə bildirilir.

Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda deputatlar N. Leviçev və S. Mironov Rusiya Dövlət Dumasına “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasın ı nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

Azərbaycan diasporunun nümayəndələri qeyd ediblər ki, Mironovun təşəbbüsü rusiyalı siyasətçilərin məsələyə birtərəfli yanaşmasının göstəricisidir.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın