Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri KİM olacaq..? – Dəmir yolu uğrunda ciddi mübarizə gedir….

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri KİM olacaq..? – Dəmir yolu uğrunda ciddi mübarizə gedir….

Hicran  Valehov, İqbal  Hüseynov, Vüsal  Aslanov yoxsa Əlirza Süleymanov…? 

Prezident İlham Əliyev Cavid Qurbanovla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Bəs  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri KİM olacaq..? 
Bunun üçün  xeyli namizədlər   arasında  mübarizə gedir. Məsələnən,  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin 1-ci müavini  Əlirza Süleymanov  düşünür ki, niyə sədr olmamalıdır..?
Əlirza  Süleymanov  uzun illərdir ki, QSC-də çalışır  və  Azərbaycan dəmir yollarının  sabiq naziri  Ziya Məmmədovla , sabiq spiker  Rəsul  Quliyevlə  birgə relslərin  kəsilib  metallom kimi  satılmasında  birgə iştirakı  barədə  çox yazılıb. 
Əlirza  Süleymanovun  sabiq  QSC sədri   Arif  Əsgərovla  Londondaki  birgə biznesi   barədə mediada  kifayət qədər yazılıb. 
Bəli,  Arif Əsgərov və  Əlirza Süleymanova   köhnə vaqonları  təzə adı ilə “kraskalayıb”   milyonlar qazanıblar. 
Hətta bu  barədə  Cavid Qurbanov öz müsabibələrində deyib.
Sözün qısası, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri  olmaq üçün Əlirza  Süleymanovdan sonra  digər müavinlər də mübarizə aparır. 
Hələlik “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr postuna  müxtəlif versiyalar irəli sürülür.
ADY-nin yeni rəhbəri kim olacaq?
Qeyd edək ki, hazırda Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur. ADY-nin sədri postuna onun təyin olunacağı barədə iddialar da var. 
Məlumat  üçün qeyd edək  ki, Hicran Valehov 1968-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirmişdir. Texniki elmlər namizədidir.
1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışmışdır.
2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədri  vəzifəsinə  digər  iddialı  namizəd  İqbal Hüseynovdur. 
O, 1958-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Moskva Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir
1984-2003-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin Biləcəri stansiyası, Hərəkət xidməti, Yükdoldurma və boşaltma şöbəsi, Yük daşımalarının planlaşdırılması şöbəsi, Tarif və nəqliyyatservis xidmətində müxtəlif vəzifələrdə çalışmışdır.
2003-2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Maliyyə və kredit departamentinin rəis müavini vəzifəsində çalışmışdır.
2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.
2010-cu ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
3-cü dərəcəli “Əmək” ordeni, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
1981-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr və magistratura dərəcəsi üzrə bitirmişdir.
2004-2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışmışdır.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
Baş  dəmiryolçu olmağa iddası olanlardan biri də Vüsal Aslanovdur. 
O, 1981-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr və magistratura dərəcəsi üzrə bitirmişdir.
2004-2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışmışdır.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
Bir sözlə,  Azərbaycan  Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə   sədr olmaq üçün  ciddi  mübarizə gedir. Amma əldə etdiyimiz məlumata görə, kimin adı Azərbaycan  Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində 300 000 000 luq yeyintidə hallanmayıbsa o da Azərbaycan  Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri ola bilər. (Gundelik-bakı)

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …