Ana səhifə / Sosial / “Azərbaycan bir neçə günə ərazilərini azad edə bilər, ancaq…” – Ukraynalı politoloqdan şərh

“Azərbaycan bir neçə günə ərazilərini azad edə bilər, ancaq…” – Ukraynalı politoloqdan şərh

“Ukrayna BMT Təhlükəsizlik Şurasının tribunasından işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması məsələsini qaldıracaq”. 

Bunu virtualaz.org-a Ukrayna politoloqu, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Serqey Belaşko bildirib.

Analitik Ukrayna diplomatlarının BMT-də ardıcıl olmamalarından və bəzi səhv addımlarından da şikayətlənib. Belaşkonun sözlərinə görə, diplomatik cəbhədə separatizmlə mübarizə məsələləri xüsusi yanaşma tələb edir:

“MDB məkanında dondurulmuş münaqişələrin öz xüsusiyyətləri var. Regionlar var ki, ayrılmağa cəhd edirlər, regionlar da var zəbt olunublar. Belə məsələlər üzrə BMT çərçivəsində müvəffəqiyyət qazanmaq çətindir. BMT-nin daimi üzvləri veto qoya bilərlər və problem siyasi qiymətini almaya və ya hüquqi həllini tapmaya bilər. Amma hər halda, BMT-nin tribunası beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilər, o öz mövqeyini ifadə etməyə icazə verir”.

Ekspert qeyd edib ki, ərazi bütövlüyü iki yolla bərpa olunur:

“Hərbi və ya diplomatik. Azərbaycan hərbi yolla bir neçə gün ərzində ərazilərini qaytara bilər, əgər Ermənistanla Dağlıq Qarabağın sərhədi kəsiləcəksə. Amma regionda müxtəlif oyunçular bu varianta qarşı duracaqlar”.

Onun fikrincə, Qarabağ münaqişəsi çoxtərəfli – “Avropa Birliyi – Rusiya-Türkiyə – Azərbaycan-Ermənistan” formatında nizama salına bilər.

“Bu Gürcüstanda, Moldovada və Ukraynada dondurulmuş başqa münaqişələrin nizama salınması üçün də nümunə ola bilər”, — deyə Ukrayna politoloqu vurğulayıb.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın