Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir

Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına xərcləyib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bununla yanaşı, əhali vəsaitlərinin 14,7 faizini toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111,0 milyon manatlıq məhsul satılıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2022-ci ilin eyni dövründə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …