Ana səhifə / Sosial / “Azərişıq” növbəti dəfə icra məmurunun tələblərini yerinə yetirmədi

“Azərişıq” növbəti dəfə icra məmurunun tələblərini yerinə yetirmədi

“Azərişıq” ASC-yə cərimə protokolu yazılıb.

Belə ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

Qeyd: Daha əvvəl “Azərişıq” ASC-yə bu xəyata görə cərimə protokolu yazılıb və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …