Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / “Azərişıq” ASC-dən abonentlərə xoş vəd

“Azərişıq” ASC-dən abonentlərə xoş vəd

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən qışa hazırlıqla əlaqədar olaraq bütün yarımstansiyalarda cari təmir işləri başa çatdırılır.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində baş verəcək qəzaların aradan qaldırılmasına hazırdır: “Silsilə və kompleks tədbirlər nəticəsində “Azərişıq” ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər də azaldılıb. 2018-ci ilin 9 ayının yekununa görə bu itkilər 10%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü bu ilin sonunadək 12900 meqavoltamperə çatdırılacağı proqnozlaşdırılır”.

“Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb. Beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb. Yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb” – deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 24 ədəd 110 kV-luq, 86 ədəd 35 kV-luq, 2062 ədəd 10-6 kV-luq YS inşa edilib, 29400 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib: “Regionlarda 26 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 3260 ədəd 10-6 kV-luq yarımstansiyalar inşa edilib”.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …