Ana səhifə / Sosial / Azərbaycanlı milyarderin milyon dollarlıq saatı – FOTO

Azərbaycanlı milyarderin milyon dollarlıq saatı – FOTO

“LUKoyl” neft şirkətinin prezidenti, milyarder iş adamı Vahid Ələkbərov demək olar ki, hər zaman dünyanın ən bahalı və eleqant saatlarından biri hesab edilən Patek Philippe markasından istifadə edir. 
Bizplus.az xəbər verir ki, Patek Philippe polşalı saatçı Antoni Pateklə fransız saatçı Adrien Philippe tərəfindən 1851-ci ildə yaradılıb. Həmin tarixdən etibarən bu saatlar yüksək keyfiyyəti ilə tanınır.
Napolyon Bonaparte, Çar Alexander I, Kral George III, Arthur Wellesley ve Kraliça Victoria, Thomas Jefferson, James Monroe kimi tarixi şəxsiyyətlər və məşhurlar bu saata üstünlük veriblər.
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin də dəyərli zamanını Phatek Philippe saatları ilə izləyir.
Orjinal Patek Philippe saatlarının qiymətləri 50 min dollardan 6 milyon dollara qədərdir.
Saatın bu qədər baha olmasının əsas səbəbi hər isə bir detalının əllə yığılması və əsasən bahalı daş-qaşlarla bəzədilməsidir. İstehsalı bəzən illərlə çəkir. Dünyada yalnız bir ədəd istehsal edilən Patek Philippe saatları bəzən hərraca çıxarılır və milyonlarla qiymətə satılır.

Həmçinin oxuyun

Baş infeksionist: “İndiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb”

“Ölkəmizdə əhali arasında kütləvi immunitetin yaranmasından danışmaq hələ tezdir. Vaksinasiya Strategiyasında da qeyd olunur ki, …

Bir cavab yazın