Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanlı deputatla erməni deputat arasında – Qalmaqal

Azərbaycanlı deputatla erməni deputat arasında – Qalmaqal

Qondarma “erməni soyqırımı”nın Gürcüstan parlamenti tərəfindən tanınmasına dair erməni deputatın təklifi növbəti dəfə ciddi etirazlara səbəb olub.

” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, azərbaycanlı deputat Azər Süleymanov erməni həmkarının arzusunu ürəyində qoyub.

“Bugünkü iclasda Axalkalikidən olan deputat Samvel Petrosyan Gürcüstan parlamentində qondarma “erməni soyqırımı”nın tanınmasını təklif etdi. O, Gürcüstan Parlamentinin bu yalançı soyqırımı tanımasının erməni xalqı tərəfindən minnətdarlıqla qarşılanacağını söylədi. Lakin mən ona sözünü bitirməyə imkan vermədim və belə bir məsələnin iclasın gündəliyinə daxil edilməsinə etirazımı bildirdim”, – A.Süleymanov “Report”a müsahibəsində bildirib.

Vahid Milli Hərəkat Partiyasının üzvü olan Azər Süleymanov həmkarının sözünü kəsib və onun təklifini absurd adlandırıb.

A.Süleymanov iclasdakı çıxışında deyib: “Bura Ermənistan parlamenti deyil, Gürcüstan parlamentidir. Ona görə də burada Gürcüstanın problemləri müzakirə olunmalıdır”.

S.Petrosyanı deputat yox, şoumen adlandıran A.Süleymanov həmkarına parlamenti yalançı soyqırımı nağılları ilə çirkləndirməməyə çağırıb. O bildirib ki, əslində əsl soyqırımı ermənilərdən ibarət “Baqramyan” taboru Abxaziyada törədib: “Abxaziyada ermənilər günahsız gürcüləri qətlə yetiriblər. Əgər söhbət 1915-ci ildə baş vermiş hadisələrdən gedirsə, Türkiyə tərəfi bu məsələ ilə əlaqədar öz arxivlərini açıb, amma Ermənistan belə bir addımı atmaqdan qəti imtina edir”.

Diqqəti ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərində törətdikləri vəhşiliklərə çəkən A.Süleymanov deyib: “Ermənilər bir gecədə Xocalıda 613 dinc sakini qətlə yetiriblər. Hazırda isə Azərbaycan torpaqlarında müharibə gedir, siz hansı “erməni soyqırımı”ndan söz açırsınız”.

Azərbaycanlı deputatın çıxışı deputatların böyük əksəriyyəti tərəfindən dəstəkləndiyi üçün Samvel Petrosyan məsələni qapadıb və müzakirə açılmayıb.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın