Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanlı deputat Saakaşvilinin partiyasını xilas edir

Azərbaycanlı deputat Saakaşvilinin partiyasını xilas edir

Mixail Saakaşvilinin “Vahid Milli Hərəkət” Partiyasının (VMHP) parlament fraksiyası yox olmaq təhlükəsi ilə üzləşmişdi.

Virtualaz.org-un xüsusi müxbiri Fridon Doçiyanın Tiflisdən verdiyi məlumata görə, bu, bir qrup fraksiya üzvünün qurumun tərkibindən çıxmasından, qalmaqallı və gözdən düşmüş siyasətçinin nəzarətində olmayan ayrıca partiya yaratmaq barədə rəsmi bəyanat verməsindən sonra məlum olmuşdu.

Yeri gəlmişkən, bu deputat qrupu Mixail Saakaşvilinin Gürcüstana hansısa bir siyasi təsir göstərə biləcəyi yeganə vasitədir. Vəziyyət o qədər ciddi idi ki (hər halda sabiq prezident və onun partiyası üçün), VMHP-nin fəalları öz liderləri ilə məsləhətləşmələr aparmaq üçün təcili Kiyevə uçmuşdular.

Görüş keçmiş şənbə günü keçirilib və orada mövqeyi son ana qədər bəlli olmayan deputat Azər Suleymanov da iştirak edib.

Və məhz o, öz “Feysbuk” səhifəsində millətçilərə ünvanladığı birmənalı bəyanatla vəziyyəti, necə deyərlər, xilas edib: “İctimai maraqlardan çıxış edərək bildirmək istəyirəm ki, mən “Milli hərəkat”ın üzvü olmuşam və üzvü olaraq qalıram. Mən daha yaxşı Gürcüstan naminə bu fraksiya sıralarında parlamentdəki fəaliyyətimi davam etdirirəm”.

Beləliklə, M.Saakaşvili ilə birlikdə indi millətçilər də sakitcə nəfəslərini dərə bilərlər: fraksiyanın altıncı üzvü tapılıb və “Vahid Milli Hərəkət” Partiyası parlamentdə öz qeydiyyatının proseduruna başlaya bilər.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın