Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / Azərbaycanlı deputat: “Saakaşvilinin partiyasını tərk etməmişəm”

Azərbaycanlı deputat: “Saakaşvilinin partiyasını tərk etməmişəm”

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Vahid Milli Hərəkat Partiyasının sıralarını tərk etmədiyini açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə A. Süleymanov özünün “Facebook” səhifəsində yazıb:

“Bütün seçicilərimə çatdırmaq istəyirəm ki, başqa partiyaya keçməmişəm. Vahid Milli Hərəkat Partiyasında fəaliyyətimi davam etdirəcəyəm. Hər bir insanın seçiminə hörmətlə yanaşıram”.

Qeyd edək ki, Tiflisin sabiq meri Giqi Uqulava həbsdən çıxandan sonra Vahid Milli Hərəkat Partiyası parçalanıb. Partiyadan ayrılanlar yeni siyasi təşkilat yaratdıqlarını bəyan ediblər. Onların arasında Vahid Milli Hərəkat Partiyasından parlamentə seçilmiş deputatlar da var. 27 deputatdan 21 nəfər G. Uqulava ilə Giqi Bokeriyanın yaratdığı yeni təşkilatda yer alıb. A. Süleymanov istisna olmaqla, qalan 5 nəfər Vahid Milli Hərəkat Partiyasında fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər. A. Süleymanovun mövqeyi bəlli olmadığı üçün partiyanın parlamentdə fraksiya yaradıb-yaratmayacağı sual altında idi.

Xatırladaq ki, Gürcüstan qanunlarına əsasən, parlamentdə fraksiya yaratmaq üçün 6 deputat kifayət edir.

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …

Bir cavab yazın