Ana səhifə / Sosial / Azərbaycanlı deputat erməni həmkarını necə susdurdu – VİDEO

Azərbaycanlı deputat erməni həmkarını necə susdurdu – VİDEO

Gürcüstanın bugünkü parlament iclasında növbəti dəfə “erməni soyqırımı” məsələsi gündəmə gətirilib.
Virtualaz.org-un məlumatlı mənbələrinə görə, bu dəfə təşəbbüsün Axalkalaki deputatı Samvel Petrosyan tərəfindən irəli sürüldüyü məlum olub.
Bu parlamentarini təsvir etmək üçün Petrosyanın daha öncə “Vahid milli hərəkat” partiyasının deputatı olduğunu, “Gürcü arzusu”nun hakimiyyətə gəlməsindən sonra “VMH” sıralarını nümayişkarcasına tərk edərək qaliblərin sırasına keçdiyini qeyd etmək lazımdır.
Həmkarları qarşısında çıxış edərək Petrosyan “erməni soyqırımı”nın növbəti ildönümünün yaxınlaşdığı barədə xəbərdarlıq etməyi lazım bilib, və deyib: “Ermənistan və erməni xalqı Tbilisinin 1915-ci il hadisələrini “soyqırım” kimi tanıması qərarını böyük minnətdarlıqla qəbul edərdilər”.
Amma Petrosyanın bu zərif söz axınının qarşısını kəsən VMH partiyasının deputatı Azər Süleymanov, özünü unudan erməniyə “burada erməni deyil, gürcü deputatlarının oturduğunu və bu səbəbdən də Gürcüstanın problemlərindən danışmaq lazım olduğunu” xatırladıb.
“Parlamentin iclasını “erməni soyqırımı” haqqında nağıllarla zibilləndirməyə son qoyun. Əsl soyqırım, separatçılar tərəfindən vuruşan erməni batalyonu “Baqramyan” tərəfindən Abxaziyada törədilib. Abxaziyada ermənilər müdafiəsiz gürcü əhalisini öldürürdülər.
1915-ci ilin hadisələrinə gəldikdə isə, türk tərəfi çoxdan öz arxivlərini açıb, amma Ermənistanda eyni şeyi etməkdən qətiyyətlə boyun qaçırırlar.
Ermənilər bir gecədə Xocalıda 613 dinc sakini öldürüblər. Azərbaycan ərazisində müharibə gedir, hansı “soyqırımdan” söhbət gedə bilər? Petrosyan, sən deputat yox, şoumen və təxribatçısan”, – deyə A.Süleymanov kəskin şəkildə bəyan edib.
A.Süleymanov ilə deputatların əksəriyyəti razılaşıb və Petrosyan öz cəfəngiyyat dolu ideyasını unutmalı olub.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın