Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Azərbaycanın Rusiyadan silah alması xoşumuza gəlmir” – Nalbandyan

“Azərbaycanın Rusiyadan silah alması xoşumuza gəlmir” – Nalbandyan

“Azərbaycanın Rusiyadan silah alması sözsüz ki, Ermənistanın xoşuna gəlmir”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ria Novosti saytına müsahibəsində deyib:

“Əlbəttə, Azərbaycanın Minsk qrupunun üzvü olaraq regionda sülh və stabilliyin saxlanılması üçün çoxlu səy göstərən, həmçinin Ermənistanla əməkdaşlıq edən müttəfiqimizdən silah alması xoşumuza gələ bilməz”.

Nalbandyan, həmçinin, qeyd edib ki, Ermənistan güc balansını qorumaq üçün səy göstərmək məcburiyyətindədir:

““Silahlanma yarışına” gəlincə, yeni müharibəyə başlamaqla bağlı hədələyən Ermənistan deyil, hərbi büdcəsi və aldığı silah sayı ilə öyünən də Ermənistan deyil”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın