Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Sosial / Azərbaycanın Rus İcması ÜAK-ın müdafiəsinə qalxdı

Azərbaycanın Rus İcması ÜAK-ın müdafiəsinə qalxdı

Azərbaycanın Rus İcması Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması barədə iddia ilə Ali Məhkəməyə müraciəti ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Azərbaycanın Rus İcması Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğv edilməsi haqqında bu ölkənin müəyyən dövlət qurumlarının qərarına qəti etirazını bildirir və hesab edir ki, bu siyasi provokasiyanın arxasında Rusiya ilə Azərbaycan, rus və Azərbaycan xalqları arasında dostluq və tərəfdaşlıq münasibətlərini pozmağa çalışan müəyyən qüvvələr dayanıb.

Ümumrusiya Azərbaycanlılar Konqresi həmişə Rusiya Federasiyasının qanunları çərçivəsində fəaliyyət göstərib. İctimai-siyasi sabitlik, Rusiyanın siyasi quruluşuna loyal münasibət həmişə ÜAK-ın fəaliyyətinin dəyişməz prioriteti olub.

Azərbaycanın Rus İcmasının möhkəm işgüzar münasibətlərlə, rus və Azərbaycan xalqları arasında mədəni və mənəvi əlaqələrin inkişafı üzrə birgə fəaliyyətlə bağlı olduğu “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının ləğv edilməsi Azərbaycan Respublikasının rus əhalisini də narahat etməyə bilməz.

”Azərbaycanın Rus İcması” İctimai Təşkilatı respublikada fəaliyyətində Azərbaycanın ali rəhbərliyi, respublikanın hökumət və dövlət orqanları tərəfindən dəstək və hərtərəfli diqqət hiss edir.

Rus dilinin və rus mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda hərtərəfli dəstəklənir, rus dilində 350 məktəb fəaliyyət göstərir, bütün ali məktəblərdə rus dilində fakültələr var, həmin fakültələrdə 16 mindən çox tələbə təhsil alır, rus pravoslav kilsəsinə dövlət dəstəyi göstərilir.

Rusiyada nüfuzlu və çoxsaylı Azərbaycan diasporuna və onun ən iri təşkilatına – Ümumrusiya Azərbaycanlılar Konqresinə bu ölkənin dövlət qurumlarının saymazyana, qərəzli münasibəti “Azərbaycanın Rus İcması” İctimai Təşkilatının fəaliyyətinin Azərbaycan tərəfindən fəal dəstəklənməsi fonunda qəribə görünür.

Azərbaycanın Rus İcması ÜAK-ın ləğv edilməsini Rusiyanın bəzi dövlət məmurlarının ciddi siyasi və strateji səhvi sayır və ümid edir ki, Rusiya Federasiyasının hökuməti bu ölkənin böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin saxlanılmasına kömək etmək üçün bütün tədbirləri görəcək”.

Həmçinin oxuyun

Bakıda şirkət müdiri barəsində protokol tərtib edildi – FOTO

Qaradağda zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən …

Bir cavab yazın