Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / “Azərbaycanın bu addımı İraq türkmənlərini sevindirər…”

“Azərbaycanın bu addımı İraq türkmənlərini sevindirər…”

İraqın qədim türk şəhərlərindən biri olan Mosul İŞİD terrorçularından azad edilsə də, şəhər ciddi dağıntı və təlafatlara məruz qalıb. Ekspertlərin apardığı hesablamalara görə, şəhərin yenidən bərpası üçün bir milyard dollar məbləğində vəsait tələb olunur.

Maraqlıdır, zaman-zaman dünyanın bir çox ölkələrində humanitar xarakterli bir ox layihəyə qoşulan ölkəmizin Mosulun quruculuğunda da yer alması mümkündürmü?

Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli Azərbaycanın belə bir addımının təqdirəlayiq olacağını vurğuladı:

“Mosul bizim üçün çox doğmadır. Türkman şəhəridir. Bizi ortaq dəyərlər birləşdirir. Azərbaycanın orada iştirakı əlbəttə arzuediləndir. Buna imkan da vardır. Çünki qardaş Türkiyə bu məsələdə mərkəzdə yer alacaqdır.
Bu günlərdə ABŞ rəsmiləri də bildirdilər ki, bütün məsələlərdə Türkiyə söz sahibi kimi iştirak edəcəkdir. Demək, Azərbaycan da qardaş Türkiyə ilə birlikdə Mosulun tikintisində iştirak edə bilər. Hesab edirəm ki, iştirak da edəcəkdir. Azərbaycan bütün məsələlərdə qardaş Türkiyə ilə bir cərgədə addımlayır. Bundan əlavə, İraq türkmanları bizə çox bağlıdır. Bu, həm də onları sevindirər. İnşallah, biz bunun şahidi olacağıq. Bu məsələni gündəmə gətirdiyiniz üçün də çox sağ olun. Bu bizim taleyüklü məsələlərimizdən biridir!”

Həmçinin oxuyun

Qanunsuz evlər hansı halda sökülə bilər?

Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsə məxsus, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilən tikili …

Bir cavab yazın