Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Azərbaycanın 5 rayonunun meşələrində kameralar quraşdırılıb

Azərbaycanın 5 rayonunun meşələrində kameralar quraşdırılıb

“Artıq Azərbaycanın 5 rayonunda yerləşən meşələrdə kameralar quraşdırılıb”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər” mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, kameralar daha çox kənar müdaxilə olan yerlərdə quraşdırılıb: “Bu il Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonlarında yerləşən meşələrdə kameralar quraşdırılıb. Bu iş gələn il davam etdiriləcək”.

Nazir müavini qeyd edib ki, növbəti ildə kameraların sayı artdıqca operator mərkəzinin yaradılması nəzərdə tutulub: “Kameralar 24 saat işləyir və günəş batareyarı ilə təmin edilib”.

 

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …