Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Sosial / “Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var”

“Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var”

“Azərbaycan aparılan testlərin sayına görə 30-cu yerdədir”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, hansısa ölkədə yoluxanların sayının az olması hələ orada virusun az yayılması demək deyil:

“Bəlkə, həmin ölkədə testlər lazımi səviyyədə deyil. Azərbaycanda bu günədək 50 minə yaxın test aparılıb”. 

H. Hacıyev deyib ki, Prezidentin tapşırığı ilə Azərbaycanda yanvar  ayından ərzaq ehtiyatı tam təmin edilib: “Əsas tərəfdaşlarımızla uzun müddətli müqavilələr var”. 

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov da deyib ki, Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var: “Görülən tədbirlərlə 6 aylıq müddətə də özümüzü sığortalamışıq”. 

Həmçinin oxuyun

Yağış yağacaq, dolu düşəcək – SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 13-də Bakıda və …