Cümə , Aprel 23 2021
Ana səhifə / Sosial / Azərbaycanda yoluxma sayı kəskin azaldı

Azərbaycanda yoluxma sayı kəskin azaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 3858 nəfər müalicə olunaraq sağalıb, 341 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 219 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 188 min 280 nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 91 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 199 min 939 test aparılıb. Bugünkü test sayı isə 4 min 473-dür.

Həmçinin oxuyun

Aeroport yolunda ana və oğlunun öldüyü qəzanın dəhşətli görüntüləri – VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 20-də Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.Taleh Tağıyev …