Bazar , Sentyabr 19 2021
Ana səhifə / Sosial / Azərbaycanda yoluxma qismən azaldı

Azərbaycanda yoluxma qismən azaldı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunur ki, son sutkada 31 nəfər COVID-19-dan dünyasını dəyişib. 

Ölkədə son sutka ərzində koronavirus (COVID-19) əleyhinə 1266 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 189 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 milyon 611 min 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 508 min 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 milyon 103 min 91 təşkil edir.

Həmçinin oxuyun

Beyləqanın icra başçısı qazilərə cinayət işi açdırır

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bir qurup Vətən müharibəsi qazilərinə cinayət işi açdırır. …