Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / Azərbaycanda yoluxanların sayı 200-dən aşağı düşdü

Azərbaycanda yoluxanların sayı 200-dən aşağı düşdü

Azərbaycanda koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3787-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7883, ötən müddət ərzində isə ümumilikdə 759 129 test aparılıb.

Həmçinin oxuyun

Sabah qar yağacaq – PROQNOZ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvarın 18-də Bakıda və Abşeron …