Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Azərbaycanda yol terorru: BİR GÜNÜNDƏ 8NƏFƏR ÖLÜB

Azərbaycanda yol terorru: BİR GÜNÜNDƏ 8NƏFƏR ÖLÜB

Ötən gün ölkə ərazisində baş verən 5 yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …