Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Sosial / Azərbaycanda yeni doğulmuş körpələrdən koronavirusa yoluxanlar var

Azərbaycanda yeni doğulmuş körpələrdən koronavirusa yoluxanlar var

“Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb. Onların arasında ağırlaşmalar da müşahidə edilir”.

Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib. Mütəxəssisin sözlərinə görə, körpələr arasında ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır. Həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur. Amma yaxşı tərəfi də odur ki, onlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”. 

E.Rahimov həmçinin qeyd edib ki, yenidoğulanların 70 faizində sarılıq müşahidə olunur: “Vaxtından əvvəl doğulanlarda bu daha çox qeydə alınır. Sarılığın təhlükəsi beyinə keçməsi və ciddi fəsad verməsidir”, – mütəxəssis əlavə edib. Bundan başqa, Səhiyyə Nazirliyin eksperti deyib ki, köfrpələrdə həmçinin qıcolma, göyərmə və sidiyə çıxmaması olur, bu da təhlükə mənbəyidir. 

Bütün qeyd olunanlarla əlaqədar E.Rahimov körpələrə peyvəndlərin mütləq vurulmasını dedi: “Azərbaycanda peyvənd vurdurmayan ailələr var. Bəzən şayiələr səsləndirilir. Valideynlərə səslənirəm ki, bu kimi yalan sözlərə inanmayın. Heç bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatının icazəsi alınmadan vurula bilməz. Peyvəndi istehsal etmək və satışı üçün prosedur qaydaları var. Odur ki, peyvənd vurdurulmasından ehtiyat etmək lazım deyil”.  virtualaz.org

Həmçinin oxuyun

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı – VİDEO

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib. Hadisə …