Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının referendumda səsverməsi başlayıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının referendumda səsverməsi başlayıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının Türkiyə konstitusiyasına əlavə və dəyişiklərə dair referendumda səsverməsi başlayıb.
Səsvermə Türkiyənin Bakıdakı səfirliyində və Gəncə və Naxçıvanda yerləşən Baş konsulluqlarında keçirilir.

Səsvermə yerli vaxt ilə saat 21:00-da başa çatacaq.

Azərbaycanda səsvermə hüququna malik olan 6 mindən çox Türkiyə vətəndaşı yaşayır.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.

Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.  (Trend)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın